İƏT Bəhreyn və Küveytə hücumları pisləyib
sizinxeber.az xəbər saytı

İƏT Bəhreyn və Küveytə hücumları pisləyib


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Bəhreyn və Küveytə hücumları pisləyib.

Bu barədə "Sizinxeber.az"a İƏT-dən məlumat verilib.

"Baş Katiblik İranın Bəhreyn Krallığına və Küveyt Dövlətinə qarşı onların suverenliyini pozan, növbəti dəfə Küveyt Beynəlxalq Hava Limanı da daxil olmaqla, bəzi mülki və mühüm obyektləri hədəf alan, bir nəfərin ölümü, digərlərinin yaralanması və bəzi mühüm obyektlərə ciddi ziyan dəyməsi ilə nəticələnən davamlı hücumlarını qətiyyətlə pisləyir", - məlumatda bildirilib.

Baş Katiblik bəyan edib ki, bu davamlı hücumlar beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması deməkdir və regionda təhlükəsizlik və sabitliyin bərpasına yönəlmiş beynəlxalq səylərə xələl gətirə bilər.

Oxşar xəbərlər

İƏT Küveytə dron hücumunu pisləyib
İƏT İsrailin Suriyadakı hərbi infrastruktura zərbə endirməsini pisləyib
Küveytdə İranın PUA və raket hücumları nəticəsində bir nəfər həlak olub, 63 nəfər yaralanıb - YENİLƏNİB-2
İranın zərbələri nəticəsində Küveytdə bir nəfər ölüb - YENİLƏNİB
İƏT Baş Katibliyi İsrailin İrana hücumlarına dair bəyanat yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər