SEPAH Küveyt aeroportunun ABŞ-nin "Patriot" HHM sistemi tərəfindən vurulduğunu iddia edir
sizinxeber.az xəbər saytı

SEPAH Küveyt aeroportunun ABŞ-nin "Patriot" HHM sistemi tərəfindən vurulduğunu iddia edir


İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminə məxsus raketin ora düşməsi nəticəsində yaranıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi bildirib.

"Araşdırmamız göstərir ki, SEPAH-ın Aerokosmik Qüvvələri bu hədəfə heç bir buraxılış həyata keçirməyib. Küveyt Hava Limanının sərnişin terminalının dağılması İran raketlərini ələ keçirmək üzrə uğursuz cəhddən sonra həmin terminalın üzərinə düşən ABŞ "Patriot" sistemlərinin səhvinin nəticəsidir", - İranın dövlət teleradio şirkəti onun sözlərini sitat gətirib.

Daha əvvəl məlum olmuşdu ki, Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatı (PUA) hücumlarına görə fəaliyyətini dayandırıb. Terminala PUA-lar və ballistik raketlərlə endirilən zərbələr nəticəsində 1 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

Oxşar xəbərlər

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb
İranın zərbələri nəticəsində Küveytdə bir nəfər ölüb - YENİLƏNİB
SEPAH: İran Ben Qurion hava limanını, komanda mərkəzlərini hədəfə alıb
Küveytdə İranın PUA və raket hücumları nəticəsində bir nəfər həlak olub, 63 nəfər yaralanıb - YENİLƏNİB-2
SEPAH BƏƏ və Küveytdəki hərbi bazalara raket zərbələri endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər