Peter Magyar Zelenski ilə görüşməyi planlaşdırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
apr
2026
22:50
0
0
1 149
ff aaaaaaa

Peter Magyar Zelenski ilə görüşməyi planlaşdırır

28 apr, 2026
22:50
1 149

Peter Magyar Zelenski ilə görüşməyi planlaşdırır

Macarıstanın “Tisa” partiyasının lideri Peter Magyar Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Sizinxeber.az xəbər verir ki, Magyar bu barədə "Facebook" hesabında yazıb.

O bildirib ki, görüşün əsas məqsədi Zakarpatya bölgəsində yaşayan macar milli azlığının hüquqlarının bərpasını müzakirə etməkdir. Magyar bu görüşü iyunun əvvəlində Ukraynanın Bereqovo şəhərində keçirməyi təklif edib.

O, Budapeştdə Bereqovo şəhərinin meri Zoltan Babiyak ilə görüşdən sonra bildirib ki, tərəflər Macarıstan-Ukrayna münasibətlərinin yeni səviyyəyə qaldırılmasının zəruriliyi barədə ortaq qənaətə gəliblər.

Magyarın sözlərinə görə, bu görüş həm simvolik, həm də praktiki əhəmiyyət daşıyacaq, çünki Bereqovoda əsasən macar icması yaşayır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul