Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya zəngin bərpa olunan enerji resursları, böyük hidroenerji potensialı və strateji coğrafi mövqeyi sayəsində təmiz enerji inkişafı və investisiyalar üçün dünyanın ən perspektivli regionlarından birinə çevrilə bilər.
Nazir qeyd edib ki, Özbəkistan 2030-cu ilədək 20 qiqavat bərpa olunan enerji gücü yaratmağı və elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 54%-ə çatdırmağı hədəfləyir.
J. Mirzamahmudov vurğulayıb ki, enerji keçidi ayrı-ayrı ölkələrin səyləri ilə mümkün deyil və regional əməkdaşlıq enerji təhlükəsizliyinin təmin olunması, investisiyaların cəlbi və dayanıqlı enerji sistemlərinin qurulması üçün əsas şərtdir.
Onun sözlərinə görə, COP29 zamanı Bakıda təqdim olunan APREC təşəbbüsü regional əməkdaşlığın gücləndirilməsi, investisiyaların səfərbər olunması və bərpa olunan enerji layihələrinin sürətləndirilməsi üçün mühüm platforma rolunu oynayır.
“Azərbaycanla bərpa olunan enerji, regional bağlantılar və Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi istiqamətində əməkdaşlığı gücləndirməyə davam edirik. Bu layihə Mərkəzi Asiyadan Avropaya təmiz elektrik enerjisinin ixracı üçün yeni marşrut yaradacaq”, - deyə nazir bildirib.
J. Mirzamahmudov əlavə edib ki, enerji keçidinin növbəti mərhələsi ötürücü şəbəkələrə, enerji saxlama sistemlərinə, rəqəmsal texnologiyalara və sərhədlərarası enerji bağlantılarına böyük həcmdə investisiyalar tələb edir.
Oxşar xəbərlər
Özbəkistanlı nazir: 2030-cu ilə qədər yaşıl enerji istehsalını 40%-ə çatdıracağıq
Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir
Özbəkistanın energetika naziri: SOCAR ölkəmizdə investisiya yatırımlarını genişləndirir
Nazir: Qazaxıstan qonşu ölkələrlə elektrik enerjisi ticarətini genişləndirməyi planlaşdırır
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
-
Pezeşkian istefa verib? - Hökumətdən açıqlama
