Tovuzda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB
Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Sizinxeber.az-nın məlumatına görə, qəza nəticəsində ölən şəxs “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1961-ci il təvəllüdlü Ə.Nağıyevdir.
Hadisə zamanı “VAZ-2106”nın sərnişinləri – 1992-ci il təvəllüdlü N.Hüseynova, 2012-ci il təvəllüdlü H.Mustafayev, 2011-ci il təvəllüdlü B.Mustafayev, 2015-ci il təvəllüdlü H.Mustafayev, həmçinin “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü S.Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib və onların müalicəsi davam etdirilir.
***
22:04
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın məlumatına görə, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata əsasən, yaralılar arasında azyaşlıların da olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Ağstafada qəza nəticəsində xəsarət alan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-1 - FOTO
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub olub - YENİLƏNİB
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib
-
Delhidə restoranda baş verən yanğın nəticəsində 10 nəfər ölüb
-
Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib
-
Sərnişinlərə şad xəbər: Metro və avtobuslarda...
