Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb
sizinxeber.az xəbər saytı

Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb


İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Mayadeen" telekanalına müsahibəsinda deyib.

Əraqçinin sözlərinə görə, İran Livanı qardaş və dost ölkə hesab edir:

"İranla İsrail və ABŞ arasındakı müharibənin taleyi Livandakı münaqişə ilə ilk gündən bağlıdır. Mövqeyimiz tamamilə aydındır: müharibənin başa çatması və atəşkəs Livan da daxil olmaqla, müqavimətin bütün cəbhələrində eyni vaxtda əldə edilməlidir".

İranın XİN rəhbəri atəşkəs danışıqları zamanı memorandumun şərtlərinə Livanın da daxil edilməsini Pakistanın Baş naziri Şahbaz Şərifdən xahiş etdiyini xatırladıb.

"Biz bütün maraqlı tərəflərə açıq şəkildə bildirdik ki, Beyruta hücum açıq təcavüzdür və buna səssiz qalmayacağıq", – Əraqçi qabardıb.

Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtonda artıq ikinci gündür ki, İsrail və Livan arasında danışıqlar gedir və səmərəli nəticələnə bilər.

Qeyd edək ki, İsrailin Livana hücumları dayandırması İranın şərtləri arasında olub. Hörmüz boğazına nəzarət isə ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

İran XİN başçısı Livanda səfərdədir
Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
İran XİN başçısı: Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər