Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır


Ermənistanın Baş naziri Nikol Paşinyan respublikada parlament seçkilərindən sonra Rusiyaya səfər etməyi və Prezident Vladimir Putinlə görüşməyi planlaşdırır.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Paşinyan seçicilərlə görüşündə deyib.

"Rusiya Prezidenti iyunun 1-də məni ad günüm münasibətilə təbrik etmək üçün zəng etdi. Aydındır ki, təbriklərdən əlavə, biz həm də işgüzar söhbət apardıq. Biz razılaşdıq ki, seçkilərdən sonra mən yenə Rusiyaya gedərək Putinlə görüşəcəyəm və bütün cari məsələləri həll edəcəyik", - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, o, Rusiya ilə mübahisə etmək niyyətində deyil, lakin Ermənistanın mövqeyini sakitcə müdafiə edəcək.

"Biz Rusiyanın maraqlarına zidd hərəkət etməyəcəyik, lakin öz maraqlarımıza qarşı da çıxmayacağıq", - o qeyd edib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Oxşar xəbərlər

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Nikol Paşinyan məzuniyyətə çıxır
Paşinyan bu həftə Rusiyaya səfər edəcək
Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur
Paşinyan Putinlə konstruktiv münasibətlərinin olduğunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər