Hindistan Müdafiə Nazirliyi 17,3 milyard dollarlıq satınalınmanı təsdiqləyib
sizinxeber.az xəbər saytı

Hindistan Müdafiə Nazirliyi 17,3 milyard dollarlıq satınalınmanı təsdiqləyib


Hindistanın Müdafiə Satınalmaları Şurası ümumi dəyəri 1,5 trilyon rupi (17,3 milyard ABŞ dolları) olan 10 satınalma təklifini təsdiqləyib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hindistan Ordusunun tank parkının modernləşdirilməsi üçün “Future Ready Combat Vehicles” (FRCV) tanklarının satın alınması təklifi təsdiq edilib. FRCV üstün hərəkət qabiliyyətinə, yolsuzluq qabiliyyətinə, çoxqatlı mühafizəyə, dəqiq və effektiv atəş sisteminə və real vaxt situasiya məlumatlılığına malik müasir əsas döyüş tankı olacaq”, - qurumdan bildirilib.

Qeyd olunur ki, hava hədəflərinin aşkarlanması və izlənilməsi üçün hava hücumundan müdafiə atəşinə nəzarət radarlarının, “Dornier-228” təyyarələrinin, çətin hava şəraitində yüksək göstəricilərə malik yeni nəsil yüksəksürətli patrul gəmilərinin alınması da nəzərdə tutulub.

Oxşar xəbərlər

Litva Polşadan “Piorun” hava hücumundan müdafiə sistemləri alacaq
Slovakiya “Leopard 2A8” tanklarının alışını nəzərdən keçirir
Pentaqon Ukrayna üçün 1,7 milyard dollarlıq iki silah paketi elan edib
Pentaqon Ukraynaya 1,7 milyard dollarlıq iki silah paketi elan edib
Ermənistan Hindistandan “Akaş” HHM sistemləri alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle