Liviyada Milli Birlik Hökumətinin azı üç naziri etirazlar fonunda istefa verib
Liviyanın Milli Birlik Hökumətinin nazirləri Tripolidə artan etirazlar fonunda bir-birinin ardınca istefa verirlər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, iqtisadiyyat və ticarət naziri Məhəmməd əl-Havic, yerli idarəetmə naziri Bədr Eddin əl-Tumi və mənzil-tikinti naziri Əbu Bəkr əl-Qavi istefa verib.
Minlərlə etirazçı Tripolinin mərkəzinə toplaşaraq Milli Birlik Hökumətinin istefasını tələb edir.
Tripolidə vəziyyət bazar ertəsi axşam paytaxtın cənubunda Mahmud Həmzənin 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatının hərbçiləri arasında toqquşmaların başlaması ilə gərginləşib. Gərginləşməyə Aparat rəhbəri Abdülqani əl-Kiklinin ölümü səbəb olub.
Toqquşmalar bir neçə saat davam edib, bundan sonra Milli Birlik Hökuməti yanında Müdafiə Nazirliyi paytaxtda təhlükəsizliyin təmin edilməsi əməliyyatının uğurla başa çatdığını elan edib və Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeyba Tripolidə təhlükəsizlik xidmətlərinin yenidən qurulmasına yönəlmiş bir sıra qərarları açıqlayıb. Bu qərar narazılıq yaradıb və paytaxtda yeni toqquşmalara səbəb olub. Liviya mediasının məlumatına görə, gecə ərzində mülki şəxslər də daxil olmaqla azı 6 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb.
Oxşar xəbərlər
Liviyanın Milli Neft Korporasiyasının rəhbəri istefa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyanın Baş naziri etirazlar fonunda istefa verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tripolidə toqquşmalar zamanı 6 nəfər yaralanıb – YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Liviyada silahlı qarşıdurmalara baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Liviyada silahlı toqquşma baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












