Yaponiya Rusiya və Çinin yenidən hərbiləşmə ittihamlarını rədd edib
Yaponiya hökuməti Rusiya və Çinin Tokionun sürətləndirilmiş yenidən hərbiləşmə kursu həyata keçirdiyi və regional sabitliyə təhdid yaratdığı iddialarını əsassız adlandırıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Masanao Odzaki Tokioda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, II dünya müharibəsinin sonundan bəri Yaponiya ardıcıl olaraq demokratiya, qanunun aliliyi və beynəlxalq inkişafın təşviqinə əsaslanan siyasətə sadiq qalıb.
Odzaki ölkənin yalnız müdafiə siyasətini davam etdirdiyini və müharibədən sonrakı sülh kursunun dəyişməz qalacağını vurğulayıb.
Eyni zamanda, Yaponiya hökumətinin nümayəndəsi Çinin xarici siyasətini tənqid edib və Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyaya qarşı şikayətlərini yenidən dilə gətirib.
Oxşar xəbərlər
Nazirlər Kabineti: Yaponiya hökuməti Alyaska sammitini diqqətlə izləyir
Moskva Yaponiya XİN başçısının Rusiyaya girişinə qadağa qoyub
Rusiya XİN Yaponiya səfirinə etirazını bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
