Yaponiya Çin təyyarəsinin hava məkanını pozmasını təhlükəsizliyinə təhdid kimi qiymətləndirib
Çin hərbi təyyarəsinin Yaponiyanın hava məkanını pozması ölkənin təhlükəsizliyini təhdid edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi bildirib.
"Çin hərbi təyyarəsinin hava məkanını pozması təkcə suverenliyimizi deyil, həm də təhlükəsizliyimizi təhdid edir. Bu, qətiyyən qəbuledilməzdir", - Hayasi qeyd edib.
Tokio, həmçinin gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlərin görülməsini tələb edib.
Baş katib vurğulayıb ki, Yaponiya hökuməti Çinin hərəkətlərini diqqətlə izləyir.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hava məkanının pozulması avqustun 26-da yerli vaxtla saat 11:29-da (Bakı vaxtı ilə 06:29) baş verib. Çinin Y-9 təyyarəsi Yaponiya hava məkanını 2 dəqiqə sonra tərk edib.
Oxşar xəbərlər
Yaponiya hava məkanını pozan Çinə görə döyüş təyyarələri qaldırıb
Yaponiya vətəndaşlarını İrana getməməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
