Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
sizinxeber.az xəbər saytı

Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub


Litvanın Qeydiyyat Mərkəzinin sistemindən ölkənin xarici işlər naziri Kyastutis Budrisə və onun ailə üzvlərinə aid məlumatlar oğurlanıb.

"Report" LRT telekanalına istinadən xəbər verir ki, bu barədə nazir məlumat verib.

Nazirin sözlərinə görə, söhbət dövlət reyestrlərində olan məlumatlardan gedir. Litva Baş Prokurorluğu daşınmaz əmlak reyestrindən mülkiyyətçilərin şəxsi kodları da daxil olmaqla 600 mindən çox qeydin sızması ehtimalını araşdırır.

Budris bu məlumatların dövlətə düşmən subyektlərin maraqları xeyrinə istifadə oluna biləcəyindən narahatlığını bildirib. O qeyd edib ki, xüsusi xidmət orqanlarının qiymətləndirmələrinə görə, oğurlanmış məlumatlar belə strukturların əlinə keçə bilər.

Daha əvvəl Litva Prezidenti Gitanas Nauseda da məlumat sızmasının qurbanı olduğunu bildirərək, baş verənləri "düşmən dövlətlərin mümkün fəaliyyəti" adlandırıb.

Oxşar xəbərlər

Litva Prezidenti və xarici işlər naziri məlumat sızmasının qurbanı olub
Gitanas Nauseda: Litvanın hava məkanından hərbi məqsədlər üçün istifadə olunmayacaq
Gitanas Nauseda: Litva öz ərazisində ABŞ qoşunlarını qəbul etməyə hazırdır
Litva Prezidenti Ukraynanın ərazi bütövlüyü və Aİ-yə üzvlüyünün tərəfdarıdır
Litvanın yeni xarici işlər naziri təyyarə qəzasına görə azərbaycanlı həmkarına başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər