İçərişəhərdə "Qarabağ Mədəniyyət Xəritəsi - Hər Rayonun Öz Səsi" festivalının açılışı olub
İçərişəhərdə "Qarabağ Mədəniyyət Xəritəsi - Hər Rayonun Öz Səsi" adlı genişmiqyaslı festivalın açılış mərasimi baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Qeyd-Sosial Maarifləndirmə"İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də bölgənin mədəni potensialının geniş ictimaiyyətə təqdim olunmasıdır.
Tədbir çərçivəsində Qarabağ sərgisi, canlı musiqi proqramları, ənənəvi sənətkarlıq nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri təşkil olunub.
Rəsmi açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür festivallar mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyin baş katibi Aysel Tahirova festivalın əsas ideyasının Qarabağın hər rayonunun öz səsi, sənəti və mədəni kimliyi ilə tanıdılması olduğunu qeyd edib:
"Məqsədimiz Qarabağın zəngin mədəni xəritəsini bir platformada təqdim etmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaq və bu dəyərləri gələcək nəsillərə sevdirməkdir."
Rəsmi hissənin davamında Milli Məclisin deputatları Günay Əfəndiyeva, Nigar Arpadarai, Hikmət Babaoğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Pərvanə Vəliyeva, Azər Allahverənov festivalın Qarabağın mədəni irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edərək layihənin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
Festival bədii proqram və konsert çıxışları ilə davam edib.
Tədbir iştirakçıları Qarabağın müxtəlif rayonlarına məxsus mədəniyyət nümunələri, milli musiqi və sənətkarlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Oxşar xəbərlər
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
WUF13 çərçivəsində İçərişəhərdə müxtəlif mədəniyyət və əyləncə proqramları təşkil olunub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib
Rüfət Mahmud: "Xalçaçılıq forumu Azərbaycan xalçalarını dünyaya tanıdacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib
