Vens ABŞ və İranın razılığa gəlməyə yaxın olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Vens ABŞ və İranın razılığa gəlməyə yaxın olduğunu bildirib


ABŞ və İran hələlik sülh razılaşmasına çatmayıblar, amma buna çox yaxındırlar.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.

"Hələ ki, o mərhələdə deyilik, amma çox yaxınıq. Bunun üzərində işləməyə davam edəcəyik", - deyə o, jurnalistlərə bildirib.

O, əlavə edib ki, ABŞ və İran nüvə proqramı ilə bağlı bir neçə məsələni hələ də həll edə bilməyiblər.

"Düşünürəm ki, onun (ABŞ prezidenti Donald Trampın) (İranla) anlaşma memorandumunu nə vaxt imzalayacağını və ya imzalayıb-imzalamayacağını dəqiq demək çətindir. Bir neçə məqamı müzakirə edirik. Nüvə sektoru ilə bağlı bir neçə məsələ var - yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları və zənginləşdirmə. Buna görə də biz onları onlarla müzakirə edirik", - deyə o əlavə edib.

Vens iranlıların razılaşma əldə etmək istədiklərinə əminliyini ifadə edib: "Biz inanırıq ki, onlar, ən azı indilik, vicdanla danışıqlar aparırlar".

Daha əvvəl Axios mənbələrə istinadən xəbər verib ki, Amerika və İran arasında danışıqlar aparanlar 60 günlük atəşkəs və Tehranın nüvə proqramı üzrə məsləhətləşmələrin başlanmasını nəzərdə tutan anlaşma memorandumunun layihəsi üzərində razılığa gəliblər. Nəşrin məlumatına görə, sənəd ABŞ prezidentindən yekun təsdiq gözləyir.

Lakin İranın "Tasnim" xəbər agentliyi daha sonra danışıqlar qrupuna yaxın mənbəyə istinadən memorandumun mətninin hələ razılaşdırılmadığını və ya təsdiqlənmədiyini bildirib.

Oxşar xəbərlər

Vens İranla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
Vens: ABŞ İrana nüvə silahından imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya təklif edir
Vens: ABŞ İranın nüvə proqramını itki vermədən məhv edib
İrana çox şeylər təklif edə bilərik - Vens
Tramp: İran nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər