Muxtar Babayev: Azərbaycan Cənub–Cənub əməkdaşlığını gücləndirir
Bakıda "Qlobal Cənub" QHT platformasının yaradılması Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsinə, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformaların yaradılmasına sadiqliyini əks etdirir.
"Sizinxeber.az"un məlumatına görə, bunu bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörənliyi sayəsində Azərbaycan ardıcıl olaraq dialoqu, çoxtərəfli əməkdaşlığı və inkişaf etməkdə olan ölkələr arasında daha sıx qarşılıqlı əlaqəni irəlilədir.
M.Babayev qeyd edib ki, indiki görüş təkcə mühüm institusional mərhələ deyil, həm də Azərbaycanda COP29 zamanı formalaşan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun davamıdır.
O vurğulayıb ki, platforma sadəcə dialoq məkanı deyil, həm də fəaliyyətin hərəkətverici qüvvəsidir: "Bu gün bu platformanın Bakıda I Baş Assambleyasını keçirməsi bu baxışın reallığa çevrildiyinin aydın təsdiqidir".
Oxşar xəbərlər
Muxtar Babayev: Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələrdən biri idi
Muxtar Babayev Pakistanın iqlim naziri ilə Qlobal Cənub üçün iqlim böhranının nəticələrini müzakirə edib
Hikmət Hacıyev: Azərbaycan QHT-ləri Qlobal Cənub ölkələri ilə birgə layihələr icra edə bilərlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
