Rusiya Xarkov, Xerson və Sumını bombalayıb, 13 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Rusiya Xarkov, Xerson və Sumını bombalayıb, 13 nəfər yaralanıb


Rusiya hərbçilərinin Ukraynanın Xarkov, Xerson və Sumı vilayətlərinə endirdiyi zərbələr nəticəsində ümumilikdə 13 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-i vilayət hərbi administrasiyalarının rəhbərlərinə istinadən məlumat yayıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları idarəolunan aviabombalar və müxtəlif növ pilotsuz uçuş aparatları ilə Xarkova və vilayətin doqquz yaşayış məntəqəsinə zərbələr endirib. Nəticədə səkkiz dinc sakin xəsarət alıb.

Öz növbəsində, Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin hücumlar nəticəsində üç nəfərin yaralandığını bildirib.

Ukrayna Milli Polisinin mətbuat xidmətindən qeyd ediblər ki, ötən gün Rusiya qoşunları Sumı vilayətinin 26 yaşayış məntəqəsini müxtəlif növ silahlardan atəşə tutub. Nəticədə iki nəfər xəsarət alıb.

Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir.

Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.

Oxşar xəbərlər

Rusiyanın Ukraynanın üç vilayətinə hücumları nəticəsində 20 nəfər yaralanıb
Rusiya Zaporojye və Xersona zərbələr endirib, yaralılar var
Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb
Rusiyanın Ukraynaya hücumu nəticəsində 15 nəfər xəsarət alıb, ölən var
Rusiya ordusu Ukraynanın Donetsk və Sumı vilayətlərini atəşə tutub, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər