Britaniya Aİ-nin Ukrayna üçün 105,9 milyard dollarlıq kredit proqramına qoşulmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

Britaniya Aİ-nin Ukrayna üçün 105,9 milyard dollarlıq kredit proqramına qoşulmaq niyyətindədir


Böyük Britaniya Avropa Birliyinin Ukrayna üçün 78 milyard funt sterlinq (təxminən 105,9 milyard dollar) məbləğində kredit təşəbbüsünə qoşulmaq üçün danışıqlara başlamağı planlaşdırır.

"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Britaniya hökuməti məlumat verib.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin Londonun niyyətini İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində açıqlayacağı gözlənilir. Bu format 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yaradılıb.

Böyük Britaniya Baş nazirinin ofisinin məlumatına görə, London Ukraynaya lazımi hərbi texnikanın alınmasında kömək etmək üçün Aİ ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Avropa Birliyi tərəfindən ötən ay təsdiqlənən kredit proqramının növbəti iki il ərzində Ukraynanın maliyyə ehtiyaclarının təxminən üçdə ikisini ödəyəcəyi gözlənilir.

Vəsaitin əsas hissəsinin Kiyevin hərbi xərcləri üçün istifadə ediləcəyi gözlənilir.

Oxşar xəbərlər

Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb
Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB
Britaniya Ukraynaya 1 milyard dollar ayırıb
Britaniya Ukrayna üçün dronların alınmasına 9,5 milyon dollar ayıracaq
KİV: Britaniya 10 ildə müdafiə xərclərini 14 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər