Britaniya Ukrayna üçün dronların alınmasına 9,5 milyon dollar ayıracaq
Böyük Britaniya hökuməti Ukrayna üçün hücum və kəşfiyyat PUA-larının alınmasına təxminən 9,5 milyon dollar ayırmağı planlaşdırır.
"Report" məlumatına görə, bu barədə "RBK-Ukrayna" Britaniya hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Hökumət yeni hücum və kəşfiyyat dronlarının alınması üçün 7,5 milyon funt sterlinq (9,5 milyon dollar) məbləğində əlavə hərbi dəstək elan edir", - məlumatda qeyd olunur.
Qeyd edilir ki, pilotsuz uçuş aparatları Ukraynaya Böyük Britaniya və Latviyanın rəhbərlik etdiyi, Kiyev üçün pilotsuz uçuş aparatlarının birgə alınması ilə məşğul olan ölkələr koalisiyası vasitəsilə təhvil veriləcək.
Xatırladaq ki, dron koalisiyası fondu pilotsuz uçuş aparatlarının alınması və sonradan Ukrayna müdafiəçilərinə göndərilməsi üçün yaradılıb. Fondun yaradıldığı vaxt təxminən 45 milyon avro məbləğində vəsait ayrılması öhdəliyi götürülüb.
Oxşar xəbərlər
Norveç Ukrayna üçün HHM sistemləri və PUA alınmasına 50 milyon avro ayırıb
Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
Yaponiya şirkəti Ukraynaya minatəmizləmə dronları tədarük edəcək
Latviya Ukraynaya verilməsi üçün 500-ə yaxın dron hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













