Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
sizinxeber.az xəbər saytı

Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib


Mərakeşdə keçirilən "Afrika Aslanı" birgə təlimində iştirak edən iki amerikalı hərbçinin yoxa çıxması terror təhlükəsi ilə əlaqəli deyil.

"Report"un məlumatına görə, bu barədə Mərakeş Silahlı Qüvvələrindəki yüksək vəzifəli mənbə "Hespress"ə bildirib.

Onun sözlərinə görə, Kap Draa ərazisində hərbçilərin yoxa çıxması heç bir hədəf terror fəaliyyəti ilə əlaqəli deyil.

Mənbə qeyd edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir və aidiyyəti qurumlar itkin düşmüş hərbçilərin tezliklə tapmağı gözləyirlər.

Portala görə, onlar sonuncu dəfə Kap Draadakı təlim poliqonunun yaxınlığında yerləşən sahil qayasının yaxınlığında görülüb. Hərbçilərin qayadan Atlantik okeanına düşmüş olmaları mümkündür.

Oxşar xəbərlər

İran Mərkəzi Bankından 61 ton qızılın "yoxa çıxması" xəbərini yayan jurnalist həbs edilib
Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb
Litvada itkin düşən amerikalı hərbçilərdən daha birinin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər