Keniyada daşqınlar və torpaq sürüşmələri 18 nəfər ölümünə səbəb olub
sizinxeber.az xəbər saytı

Keniyada daşqınlar və torpaq sürüşmələri 18 nəfər ölümünə səbəb olub


Keniyada şiddətli yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin Milli Polis Xidməti bildirib.

Qeyd olunub ki, Keniyanın mərkəzi və şərqində yerləşən Taraka-Niti, Elgeyo-Marakvet və Kiambu vilayətlərində torpaq sürüşmələri qeydə alınıb. Təbii fəlakətlər uzun müddət davam edən güclü yağışlar fonunda baş verib.

Polis mövcud vəziyyətin əhali üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Leysan yağışlar artıq infrastruktura ziyan vurub və bir çox sakini evlərini tərk etməyə məcbur edib.

Mart-may ayları arasında davam edən və hazırda pik həddə çatan yağış mövsümü Keniyada davam edir.

Oxşar xəbərlər

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 80-i keçib
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 71-ə çatdı
Hindistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 240-a çatıb
Pakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 351 nəfərə çatıb – YENİLƏNİB-2
Konqoda torpaq sürüşməsi olub, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər