Pakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 351 nəfərə çatıb – YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Pakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 351 nəfərə çatıb – YENİLƏNİB-2


Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb, Gilgit-Baltistanda 12 nəfər, Azad Kəşmirdə 11 nəfər həyatını itirib. Qeyd olunur ki, təbii fəlakət zamanı 120 nəfər yaralanıb.

Daşqınlar və torpaq sürüşmələri 116 evə ziyan vurub. Çoxlu ev su altında qalıb, bəzi ərazilərdə rabitə kəsilib.

Təbii fəlakətin ziyan vurduğu ərazilərdə axtarış – xilasetmə tədbirləri davam edir.

13:38

Pakistanın Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 307 nəfərə çatıb.

“Report” xarici mediaya istinadən xəbər verir ki, bu barədə əyalətin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Buner bölgəsində 48 saat ərzində 184 nəfər həlak olub.

10:31

Pakistanda baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı ən azı 220 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Ölkənin şimal-qərb hissəsində xilasedicilər gecə ərzində sürüşmələr və daşqınlar nəticəsində dağılmış evlərin dağıntıları altından daha 63 nəfərin meyitini çıxarıblar.

Xayber-Paxtunxva əyalətinin naziri Əli Amin Qandapur şənbə gününü matəm günü elan edib.

Oxşar xəbərlər

Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb - YENİLƏNİB
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
Hindistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 240-a çatıb
İndoneziyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 21-ə çatıb
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər