Konqoda torpaq sürüşməsi olub, ölənlər var
Konqo Demokratik Respublikasının şərq hissəsində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı doqquz nəfər ölüb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Ölkənin şərq regionunun rəhbəri Tomas Bakenqa ölənlərin yeddisinin uşaq olduğunu bildirib. O, qeyd edib ki, Cənubi Kivu əyalətinin Kabulu bölgəsində qeydə alınan hadisə nəticəsində ölənlər qadın və yeddi uşağıdır.
Hadisə zamanı həmçinin itkin düşənlər var. Onların axtarışı və xilasetmə işləri davam edir. Bildirilir ki, güclü yağış və torpaq sürüşmə nəticəsində ölənlərin sayı arta bilər.
Yerli qeyri-hökumət təşkilatlarından biri bildirib ki, təbii hadisə nəticəsində 31 ev zərər çəkib. Təşkilat güclü yağışlar və torpaq sürüşmələri nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, Konqoda torpaq sürüşmələri tez-tez baş verir. Apreldə baş verən hadisə nəticəsində azı 12 nəfər ölüb. Ötən ilin dekabr ayında leysan və torpaq sürüşmələri nəticəsində azı 40 nəfərin öldüyü bildirilib.
Oxşar xəbərlər
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 7 nəfər ölüb
Efiopiyada torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb
Mexiko ətrafında torpaq sürüşmələri nəticəsində 15 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
