Serbiya Ukraynanın bərpasına kömək etməyə hazır olduğunu bildirib
Serbiya iki regionun bərpası çərçivəsində rəsmi Kiyevi dəstəkləməyə, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verəcək istənilən ictimai, özəl və ya qeyri-rəsmi danışıqlara ev sahibliyi etməyə hazırdır.
"Sizinxeber.az"un xəbərinə görə, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Romada Ukraynanın bərpasına dair konfransda çıxışı zamanı deyib.
"Mən Serbiyanın sülhə sarsılmaz dəstəyimizlə Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verə biləcək istənilən danışıqlar üçün - ictimai, özəl, qeyri-rəsmi - platforma olmağa hazır olduğunu bildirdim", - Curiçin sözləri Serbiya Nazirlər Kabinetinin bəyanatında yer alıb.
Serbiyanın Ukraynanın bərpası layihələrində mümkün iştirakı kontekstində Curiç bildirib ki, iki konkret regionun bərpası ilə bağlı danışıqlar aparılır.
"Serbiya zərər çəkmiş mülki şəxslərə yardım göstərməyə yönəlmiş bütün təşəbbüslərdə iştirak edəcək", - o vurğulayıb.
Oxşar xəbərlər
Serbiya Ukraynanın bərpasına dəstək verməyə hazır olduğunu bəyan edib
Marko Curiç: Serbiya Avropa İttifaqına üzvlüyə sadiqdir
Serbiya səfirlikləri terror təhlükəsi ilə üz-üzədir
Ceyhun Bayramov Belqradda Serbiya Prezidenti ilə görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
