Qazaxıstanda dəmir yolu ilə tranzit yük daşımalarının 100 milyon tona qədər artacağı gözlənilir
sizinxeber.az xəbər saytı

Qazaxıstanda dəmir yolu ilə tranzit yük daşımalarının 100 milyon tona qədər artacağı gözlənilir


Qazaxıstan 2035-ci ilə qədər dəmir yolu ilə tranzit yük daşımalarının həcminin 100 milyon tona qədər artacağını proqnozlaşdırır.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu il tranzit yükdaşımaların həcmi 33 milyon tona çatacaq ki, bu da ötənilki göstəricini (27,4 milyon ton) əhəmiyyətli dərəcədə üstələyəcək.

"Gələn il bu göstərici 54 milyon tondan çox olmalıdır. 2029-cu ilin sonuna qədər isə tranzit yükdaşımaların həcminin 67 milyon tona çatdırılması planlaşdırılır", - N.Sauranbayev vurğulayıb.

Qazaxıstanın istismarda olan magistral dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 16 min kilometrdir.

Ölkə ərazisindən 5 beynəlxalq dəmir yolu dəhlizi keçir.

Oxşar xəbərlər

Azərbaycanda 7 ayda dəmir yolu ilə 10 milyon tona yaxın yük daşınıb
Prezident İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir”
Qazaxıstan "Azərbaycan Dəmir Yolları"na vaqon dəstəyi göstərəcək
Çindən Orta Dəhlizlə bu il göndərilən blok qatarların sayı açıqlanıb
Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə hökumətlərarası saziş hazırlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle