Gürcüstan və Qazaxıstan Çin-Avropa nəqliyyat dəhlizi üzrə Azərbaycanla əməkdaşlığın inkişafını müzakirə edib
Gürcüstan və Qazaxıstan Çin-Avropa istiqamətində konteyner daşımalarının inkişafı üzrə Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib.
“Sizinxeber.az” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirivaşvili ilə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbaev arasında keçirilən görüşdə məlum olub.
Görüşdə xüsusi diqqət Azərbaycanın marşrutun sabit və səmərəli işinin təmin edilməsindəki roluna yönəldilib. Xüsusilə, beynəlxalq dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinin əhəmiyyəti vurğulanıb.
Şirkət "vahid pəncərə" prinsipi əsasında xidmətlər göstərir, logistika siyasətinin uyğunluğuna kömək edir və daşımaların müddəti və qiymətinin proqnozlaşdırıla bilməsini təmin edir.
M.Kvirivaşvili, həmçinin Gürcüstan hökuməti tərəfindən nəqliyyat-logistika sahəsində həyata keçirilən əsas infrastruktur layihələri - Anakliya limanı, Şərq-Qərb avtomobil yolu, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi layihələri haqqında məlumat verib.
Görüşün sonunda Gürcüstan tərəfi Qazaxıstanın nəqliyyat nazirini oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak etməyə dəvət edib.
Oxşar xəbərlər
Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından istifadə imkanlarını müzakirə ediblər
Qazaxıstan və Gürcüstan Orta Dəhlizin inkişafını müzakirə ediblər
Gürcüstan və ABŞ Amerikanın yeni administrasiyası ilə əməkdaşlığı müzakirə edib
KTJ və “PTC Holding” TBNM-in inkişafına 30 milyon dollar sərmayə qoyacaqlar
Gürcüstan Baş naziri və Türkmənistan Prezidenti Orta Dəhlizin inkişafını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












