XİN müavini: "Qazaxıstan TBNM-in inkişafı üçün səy göstərəcək"
sizinxeber.az xəbər saytı

XİN müavini: "Qazaxıstan TBNM-in inkişafı üçün səy göstərəcək"


Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üçün səylərini əsirgəməyəcək.

“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, bunu jurnalistlərə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Astana Beynəlxalq Forumunun (Astana International Forum, AIF2025) kuluarlarında bildirib.

"Qazaxıstan İpək Yolu boyunca yerləşən ölkələrlə birlikdə TBNM-in inkişafı üçün hər şeyi edir və onun Avropadan Asiyaya və əks istiqamətdə yükgöndərənlər üçün cəlbediciliyini artırmaq üçün səylərini davam etdirəcək. Artıq hər iki istiqamətdə quru yolla daşınan yüklərin 85 %-i Qazaxıstan ərazisindən keçir", - R.Vasilenko bildirib.

O, TBNM ilə yüklərin tranzit həcminin 62 % artdığını xatırladıb.

"Hazırda TBNM çərçivəsində 4 milyon tondan çox yük Qazaxıstan ərazisindən tranzit keçir. 2029-cu ilə qədər bu göstərici marşrutun inkişafına yatırılan investisiyalar sayəsində ildə 10-11 milyon tona qədər artacaq. Vəsaitlər həm bizim ölkəmiz, həm də digər ölkələr tərəfindən yatırılacaq", - diplomat qeyd edib.

Bununla yanaşı, o, Qazaxıstanın "Şimal - Cənub" marşrutunun inkişafında da maraqlı olduğunu vurğulayıb.

"Artıq Əfqanıstanda dəmir yolu hissəsini Qazaxıstanın inşa edəcəyi ilə bağlı razılaşma var. Bu marşrut Qazaxıstan üçün vacibdir. Biz coğrafi mövqeyimizin təmin etdiyi üstünlüklərdən istifadə edərək bütün istiqamətlərdə bütün arteriyaları inkişaf etdirməliyik, bu, önəmlidir”, - XİN müavini bildirib.

Oxşar xəbərlər

Tokayev: "Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq"
Qazaxıstan "Azərbaycan Dəmir Yolları"na vaqon dəstəyi göstərəcək
Qazaxıstan 2030-cu ilə qədər limanların gücünü 30 milyon tona çatdıracaq
KTJ və “PTC Holding” TBNM-in inkişafına 30 milyon dollar sərmayə qoyacaqlar
Bakıda fevralda TBNM ilə bağlı iclas keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər