İsrail 200 milyon dollarlıq əlavə silah-sursat sifariş edib
İsrailin Müdafiə Nazirliyi "Elbit Systems" müdafiə şirkətindən 200 milyon dollar məbləğində əlavə aviasiya sursatı partiyası sifariş edib.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə qurumu məlumat verib.
Qeyd olunur ki, uzunmüddətli müqavilə "yaxın perspektivdə mümkün döyüş əməliyyatları ssenarilərinə hazırlığın gücləndirilməsi və təhlükəsizlik sahəsində intensiv fəaliyyətin onilliyinə hazırlaşma" proqramının bir hissəsidir.
Aviasiya sursatlarına İsrail HHQ-nin təyyarələri tərəfindən zərbələrin endirilməsi və hədəflərin ələ keçirilməsi üçün istifadə olunan raketlər və bombalar daxildir.
Daha əvvəl, yanvar ayında İsrailin Müdafiə Nazirliyi və Elbit Systems 183 milyon dollar məbləğində analoji saziş imzalamışdı ki, bu da aviasiya sursatlarının tədarükünü nəzərdə tuturdu.
Oxşar xəbərlər
İsrail 500 milyon dollarlıq lazer hava hücumundan müdafiə sistemləri sifariş edib
İsrail şirkəti “Elbit Systems” Rumıniyaya antidron sistemləri tədarük edəcək
KİV: İranın İsrailə mümkün hücumu zamanı hədəf alınacaq dörd hərbi obyektinin adı açıqlanıb
İsrail ABŞ-dən 7 milyard dollarlıq silah alacaq
İsrailin "Elbit Systems" şirkəti Rumıniyaya dron əleyhinə sistemlər tədarük edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
