Odessaya endirilən zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb - YENİLƏNİB
Rusiyanın gecə saatlarında Odessaya hücumu nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb, daha 23 nəfər yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında məlumat verib.
"Təəssüf ki, Odessanın gecə atəşə tutulması nəticəsində 9 nəfərin həlak olması təsdiqlənib, daha 23 nəfər yaralanıb. Məlumat dəqiqləşdirilir", – Kiper yazıb.
Məlumata görə, Rusiya qoşunları pilotsuz uçuş aparatları vasitəsilə Xarkov vilayətinin Merefa şəhərinə hücum edib.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov isə bildirib ki, zərbə nəticəsində bir qadın həlak olub, onun yaşı dəqiqləşdirilir. Daha altı nəfər yaralanıb.
Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 14 nəfər həlak olub, 100 nəfər yaralanıb.
"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat verib.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, gecə saatlarında Kiyevə raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 54 nəfər yaralanıb.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 7 nəfər həlak olub, ən azı 12 nəfər yaralanıb.
Dnepropetrovsk vilayətində isə 3 nəfər ölüb, 34 nəfər yaralanıb.
Oxşar xəbərlər
Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb
Rusiyanın Ukraynanın üç vilayətinə hücumları nəticəsində 20 nəfər yaralanıb
Rusiya Xarkov, Xerson və Sumını bombalayıb, 13 nəfər yaralanıb
Rusiya Ukraynanın üç vilayətinə zərbə endirib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Rusiya ordusu Nikopolda avtobusu dronla vurub, ölənlər və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
