Britaniya ABŞ-İran danışıqlarının iflasa uğramasından məyusdur
sizinxeber.az xəbər saytı

Britaniya ABŞ-İran danışıqlarının iflasa uğramasından məyusdur


Böyük Britaniya hökuməti ABŞ və İran arasında İslamabadda keçirilən danışıqların nəticəsiz başa çatmasından məyusdur.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Nazirliyinin rəhbəri Ues Stritinq "Sky News" telekanalına müsahibəsində bildirib.

"İranda hələ də irəliləyiş və müharibənin davamlı olacaq şəkildə başa çatmasını görməməyimiz məyusluq doğurur", - o bildirib.

Nazir sülh danışıqlarının davam etdiriləcəyinə ümid etdiyini bildirib: "Hərçənd bu danışıqlar, ehtimal ki, uğurla nəticələnməyib, lakin bu, onları davam etdirmək cəhdlərindən imtina etməyin lazım olduğu demək deyil".

Stritinq əlavə edib ki, Londonun İranla münaqişəyə qarışmaq istəməməsi Vaşinqton tərəfindən çoxlu tənqidlərə səbəb olub və bununla da iki ölkə arasındakı münasibətlərə təsir göstərib.

"İranla bağlı fikir ayrılıqları, şübhəsiz ki, (ABŞ Prezidenti Donald) Tramp administrasiyası ilə münasibətləri gərginləşdirib. Lakin bir çox başqa mövzularda Böyük Britaniya və ABŞ-nin maraqları qarşılıqlı şəkildə bağlıdır. Bizim təhlükəsizlik sahəsində ümumi maraqlarımız var. Bu tərəfdaşlıq davam edir. Biz hamımız başa düşdük ki, Trampı dediklərinə görə deyil, etdiklərinə görə qiymətləndirmək lazımdır", - britaniyalı nazir vurğulayıb.

Oxşar xəbərlər

Uitkoff və Kuşner İranla danışıqlar üçün İslamabadda qalıb
Pentaqon rəhbəri: Tramp hələ də İranla razılığa gəlməyi düşünür
ABŞ dövlət katibi İranla nüvə danışıqlarının davam etdiriləcəyinə ümidlidir
ABŞ-İran danışıqlarının beşinci raundu başa çatıb
Avstriya Azadlıq Partiyasının sədri koalisiya danışıqlarının iflasa uğradığını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər