sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ-İran danışıqlarının beşinci raundu başa çatıb
İran və ABŞ nümayəndələri arasında danışıqların beşinci raundu başa çatıb. Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, danışıqlarda irəliləyiş əldə olunub, lakin proses İranın nüvə proqramı ilə bağlı problemin yekun həllinə gətirib çıxarmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.
O, ümid etdiyini bildirib ki, "əsaslı və xoşməramlı razılığa" nail olmaq üçün "yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirmək" mümkün olacaq.
Xatırladaq ki, danışıqların beşinci raundu mayın 23-də Romada baş tutub. Oman danışıqlar prosesində vasitəçi kimi çıxış edir.
Oxşar xəbərlər
İran-ABŞ danışıqlarının 5-ci raundunun tarixi və yeri açıqlanıb
İran-ABŞ danışıqlarının beşinci raundu başa çatıb - YENİLƏNİB
Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq
İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın zamanda baş tutacaq
ABŞ və İran arasında danışıqların ikinci raundu aprelin 19-da Romada keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













