Doha İranın hücumları fonunda Bakı və Yaxın Şərq ölkələri ilə həmrəyliyini ifadə edib
Qətər Yaxın Şərqdə gərginliyin azaldılması və regionda sabitliyin möhkəmləndirilməsi maraqları naminə diplomatik yolla nizamlanmaya keçid üçün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib.
"Sizinxeber.az"un məlumatına görə, müvafiq bəyanatı Qətərin Avropa İttifaqı və NATO yanında müvəqqəti işlər vəkili Sara bint Əhməd Əl Möhənnədi Brüsseldə keçirilən NATO Şurasının İstanbul Əməkdaşlıq Təşəbbüsünün iştirakçı dövlətləri ilə iclasında bildirib.
İclas NATO-nun baş katibinin müavini Radmila Şekeriniskanın sədrliyi ilə keçirilib.
Əl Möhənnədi çıxışında alyansın İranın hücumlarını pisləyən və Qətərlə həmrəyliyini ifadə edən mövqeyini alqışlayıb.
Onun sözlərinə görə, Doha Qəzza zolağında müharibənin başlanğıcından bəri daha geniş regional gərginliyə səbəb ola biləcək eskalasiya riskləri barədə xəbərdarlıq edirdi.
Əl Möhənnədi qeyd edib ki, fevralın 28-dən etibarən Qətər İranın gözlənilməz hücumlarına məruz qalıb, bu da xüsusilə ölkələr arasındakı qonşuluq münasibətlərini nəzərə alaraq etimadı sarsıdır.
O vurğulayıb ki, zərbələr yalnız hərbi hədəflərə deyil, həm də enerji sektoru da daxil olmaqla kritik infrastruktur obyektlərinə yönəlib.
Əl Möhənnədi xəbərdarlıq edib ki, bu cür hərəkətlər Hörmüz boğazı vasitəsilə qlobal enerji daşıyıcılarının tədarükünə təhlükə yaradır və aviasiya sənayesi də daxil olmaqla beynəlxalq tədarük zəncirlərini pozur ki, bu da ciddi iqtisadi nəticələrə səbəb ola bilər.
Qətər İranın ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadəsini bir daha qətiyyətlə pisləyərək bunu suverenliyin kobud şəkildə pozulması adlandırıb.
Bundan əlavə, Əl Möhənnədi Qətərin regiondakı və onun xaricindəki bir sıra ölkələrlə, o cümlədən Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, İordaniya, Livan, İraq, Türkiyə və Kiprlə onların suverenliyinin və təhlükəsizliyinin müdafiəsində həmrəyliyini bəyan edib.
O, həmçinin Qətərin gərginliyin azaldılması, döyüş əməliyyatlarının dayandırılması və regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik həllərə qayıdış məqsədilə tərəfdaşlarla əməkdaşlığa sadiqliyini təsdiqləyib.
Oxşar xəbərlər
NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
Mark Rütte: İranın nüvə və raket potensialının zəiflədilməsi Avropanın təhlükəsizliyi üçün vacibdir
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
NATO: Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
