Mark Rütte: İranın nüvə və raket potensialının zəiflədilməsi Avropanın təhlükəsizliyi üçün vacibdir
sizinxeber.az xəbər saytı

Mark Rütte: İranın nüvə və raket potensialının zəiflədilməsi Avropanın təhlükəsizliyi üçün vacibdir


NATO müttəfiqləri ABŞ-nin İranın nüvə və raket potensialı da daxil olmaqla hərbi potensialının qarşısını almağa yönəlmiş səylərini dəstəkləyir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Rumıniya Prezidenti Nikuşor Dan ilə birgə mətbuat konfransında bəyan edib.

M.Rütte, həmçinin ABŞ-nin bu istiqamətdə atdığı addımların əhəmiyyətini qeyd edib. O bildirib ki, bu addımlar "həmin potensialın zəiflədilməsinə" yönəlib və bu, təkcə Avropa təhlükəsizliyi üçün deyil, həm də Yaxın Şərqdə sabitlik və İsrailin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

O, həmçinin NATO üzrə müttəfiqlərin Hörmüz boğazı ətrafındakı vəziyyətdən narahatlığını qeyd edərək, gəmiçiliyin məhdudlaşdırılmasının yolverilməz olduğunu vurğulayıb:

"Marşrut mümkün qədər tez açılmalıdır – bu, dünya iqtisadiyyatı üçün son dərəcə vacibdir. Müttəfiqlər gərginliyin artması fonunda həll yolu üçün öz aralarında və ABŞ ilə intensiv məsləhətləşmələr aparırlar".

Baş katib NATO ölkələrinin böhranın həlli üçün birgə yanaşma barədə razılığa gələ biləcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər

Rutte: NATO-nun müttəfiqləri Ukraynanı silahlandırmaq üçün bir milyard dollar ayırıblar
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
İsrailin İrana zərbəsi: nüvə savaşı yaxınlaşdı? - NATO
Rütte: NATO ölkələri Hörmüz boğazının açılması imkanlarını müzakirə edirlər
Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər