ABŞ qüvvələri İrana qarşı özünümüdafiə məqsədli zərbələrə başlayıb
sizinxeber.az xəbər saytı

ABŞ qüvvələri İrana qarşı özünümüdafiə məqsədli zərbələrə başlayıb


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını açıqlayıb.

APA xəbər verir kiŞ, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Ali Baş Komandanın göstərişi ilə İrana qarşı özünümüdafiə məqsədli zərbələr endirməyə başlayıb. Bu əməliyyat dünən ABŞ Ordusuna məxsus ‘Apache’ helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir”, – paylaşımda qeyd olunub.

Açıqlamada bildirilir ki, əməliyyat İranın “əsassız təcavüzünə” qarşı proporsional cavab xarakteri daşıyır.

Oxşar xəbərlər

CENTCOM: ABŞ İrana qarşı əməliyyat zamanı 6,5 mindən çox döyüş uçuşu həyata keçirib
İsrail Ordusu: İrana qarşı əməliyyat bir neçə gün davam edəcək
Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub
CENTCOM: ABŞ cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib
CENTCOM: ABŞ Hörmüz boğazı ətrafında İranın hərbi imkanlarını zəiflədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər