Rütte: NATO ölkələri Hörmüz boğazının açılması imkanlarını müzakirə edirlər
sizinxeber.az xəbər saytı

Rütte: NATO ölkələri Hörmüz boğazının açılması imkanlarını müzakirə edirlər


NATO ölkələri Hörmüz boğazının açılması variantlarını müzakirə edirlər.

"Sizinxeber.az" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Norveçə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazını necə açmağı kollektiv şəkildə müzakirə edirlər", - o deyib.

NATO-nun rəhbəri təfərrüatları açıqlamayıb və təşkilata üzv ölkələrin münaqişə zonasına gəmilər göndərib-göndərməyəcəyini qeyd etməyib.

Xatırladaq ki, martın 16-da Brüsseldə keçirilən görüşdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallasın Hörmüz boğazına bir neçə gəmi göndərmək təkliflərini rədd ediblər.

Oxşar xəbərlər

Starmer: Hörmüz boğazının açılması NATO çərçivəsində həyata keçirilməyəcək
Tayani: İtaliya Hörmüz boğazında Aİ-nin dəniz missiyasının genişləndirilməsinə etiraz edir
Aİ ölkələri Hörmüz boğazına dəniz missiyası göndərməyəcəklər
Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər