Donald Tusk: Hərbçilərimizi İrana göndərmək niyyətimiz yoxdur
Polşa Baş naziri Donald Tusk hərbçilərinin İrana göndərmək niyyətində olmadığını bəyan edib, çünki bu münaqişə ölkənin təhlükəsizliyi üçün birbaşa təhdid təşkil etmir.
"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tusk bunu hökumət iclasından əvvəl bəyan edib.
Onun sözlərinə görə, Varşava İranda hərbi əməliyyatlarda iştirakını nəzərdən keçirmir və bu mövqe Polşanın müttəfiqləri tərəfindən anlayışla qarşılanır: "Bu bizim quru, hava və hərbi-dəniz qüvvələrimizə aiddir".
D.Tusk əlavə edib ki, müttəfiqlər, o cümlədən ABŞ-də bunu tam dərk edirlər və narahatlıq üçün heç bir səbəb yoxdur.
Polşa Baş naziri qeyd edib ki, Baltik dənizinin müdafiəsi ölkənin müdafiə strategiyasının əsas prioriteti olaraq qalır.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı vasitəsilə neft alan dövlətlərin bu ərazidə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində iştirak etməli olduğunu bəyan etmişdi.
Oxşar xəbərlər
Donald Tusk: Rusiya Polşa və digər ölkələrə hava hücumları planlaşdırıb
Tusk: Dünya siyasətinə etibarsızlıq, qəddarlıq və eqoizm qayıdır
Tusk: NATO-nun Baltik dənizində patrul əməliyyatı 90 gün davam edəcək
Tusk: Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil
Tusk Rusiyanın Ukraynaya qarşı müharibəsinin "dondurulma"sını mümkün hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
