Tusk Rusiyanın Ukraynaya qarşı müharibəsinin "dondurulma"sını mümkün hesab edir
Polşanın Baş naziri Donald Tusk Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin müvəqqəti "dondurulma"sının mümkün olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Tusk bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətindən sonra müharibənin "dondurulma"sının mümkün olduğunu bəyan edib.
Onun sözlərinə görə, söhbət zamanı V.Zelenski "çox ehtiyatlı, lakin nikbin" olub.
"Ukrayna tərəfi Avropanın, o cümlədən Polşanın bu gələcək atəşkəsin, daha sonra isə sülhün formalaşmasında iştirak etməsində çox maraqlıdır. Biz də regionumuzda sülhün bərqərar olmasında çox maraqlıyıq, çünki bu, bizim təhlükəsizliyimizə də çox müsbət təsir göstərəcək", - baş nazir əlavə edib.
Oxşar xəbərlər
Zelenski: Bəzi dövlətlər Ukraynaya xəyanət edib
Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb
Donald Tusk: Rusiya Polşa və digər ölkələrə hava hücumları planlaşdırıb
Zelenski: Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm
Tusk: Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













