Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib
sizinxeber.az xəbər saytı

Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib


Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin onilliklər boyu müdafiə etdiyi bəzi ölkələrin Vaşinqtona dəstək verməməsindən narazıdır.

"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə Ağ Evdə Kennedi Mərkəzinin İdarəçilər Şurasının iclasında çıxışında danışıb.

"Düşünürəm ki, milyardlarla dollar xərcləyərək 40 ilə yaxın müddətdə qorumağımıza baxmayaraq bəzi ölkələr eyni addımı atmayacaq. Mən bu barədə Nümayəndələr Palatası və Senatı məlumatlandıracağam və soruşacağam ki, bizi qorumayan ölkələri niyə müdafiə edirik?", - o deyib.

ABŞ lideri həmçinin bildirib ki, bunu həmişə NATO-nun zəif nöqtəsi hesab edib.

Onun sözlərinə görə, müttəfiqlər ABŞ-yə dəstək göstərməyə, o cümlədən ehtiyac yaranarsa, zəruri hərbi texnika verməyə hazır olmalıdırlar.

Tramp əlavə edib ki, ABŞ-nin dövlət katibi Marko Rubio yaxın vaxtlarda Vaşinqtona kömək etməyə razılaşacaq ölkələrin adlarını açıqlayacaq.

Oxşar xəbərlər

Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
Tramp: ABŞ yaxın vaxtlarda Kuba ilə razılaşma əldə edə bilər
Marko Rubio: ABŞ NATO-da qalacaq
Tramp Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım vəd edib
ABŞ Senatı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər