sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
NATO müttəfiqləri Ukrayna üçün bütün silahların pulunu ödəyəcəklər.
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio "NBC News" kanalında bildirib.
“Biz müttəfiqlərimizi Kiyevə silah və müdafiə sistemləri tədarükünə sövq etməyə davam edirik. Sonra onlar öz ehtiyatlarını artırmaq üçün bizimlə ayrıca maliyyə sazişləri bağlaya bilərlər”, - Rubio deyib.
O əlavə edib ki, Ukraynanın ehtiyac duyduğu bəzi sistemlər Avropadakı müttəfiqlər üçün əlçatandır.
Bundan əvvəl "Bloomberg TV" məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiyaya qarşı sanksiyaları elan edə bilər.
Oxşar xəbərlər
Marko Rubio: ABŞ NATO-da qalacaq
Tramp: ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər
Tramp iyulun 14-də Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Rubio: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb
Rubio: Tramp Putinə heç bir güzəşt etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













