Tramp Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım vəd edib
sizinxeber.az xəbər saytı

Tramp Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım vəd edib


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya NATO xətti ilə göndəriləcək hərbi yardımın həcmi milyardlarla dollar təşkil edəcək.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.

“Bu bəyanatın məqsədi odur ki, çox böyük bir razılaşma əldə etmişik. Milyardlarla dollar dəyərində hərbi texnika ABŞ-dan alınacaq, NATO və digər müttəfiqlərə çatdırılacaq və tezliklə döyüş meydanına göndəriləcək. Ukrayna onu qəbul edəcək”, – deyə Tramp bildirib.

Oxşar xəbərlər

Tramp: ABŞ Ukraynaya “Patriot” sistemləri göndərəcək
NATO Ukraynaya milyardlarla dollar yardım hazırlayır
Tramp: ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib
Tramp: Ukraynaya göndərilən Amerika silahlarının ödənişini NATO müttəfiqləri edəcək
Tramp NATO-nun baş katibi ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər