Yeni dəmir yolu layihəsi - Orta Dəhlizə daha bir çıxış
Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu marşrutunun yaradılması layihəsi Orta Dəhliz çərçivəsində Türkmənistan, Azərbaycan, Türkiyə və daha sonra Avropaya çıxışı təmin edə bilər.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu" çərçivəsində Qırğızıstan Dəmir Yollarının baş direktoru Azamat Sakiyev jurnalistlərə açıqlamasında bildirib.
"Bugünkü qlobal tendensiya göstərir ki, nəqliyyat dəhlizlərini inkişaf etdirmək lazımdır. Bu, əsas qiymət siyasətinin, ümumiyyətlə, malların maya dəyərinin logistikadan asılı olması ilə bağlıdır", - deyə Əzəmət Sakiyev qeyd edib.
Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Yeni dəmir yolu xəttinin gözlənilən illik ötürmə qabiliyyəti 15 milyon ton yük və ya daha çox olacaq.
Layihənin unikallığı ondan ibarətdir ki, o, ən qısa müddətdə Çindən Avropaya çıxışı təmin edə bilir. Bundan əlavə, layihənin çevik tarif siyasətini təmin edəcəyi ehtimal edilir.
"Biz digər marşrutlarla müqayisədə sərfəli və rəqabətədavamlı mexanizm üzərində işləyirik", - şöbə müdiri vurğulayıb.
O əlavə edib ki, layihənin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Layihənin ümumi büdcəsi 4,7 milyard dollar təşkil edir (büdcə layihədə iştirak edən hər üç ölkə tərəfindən razılaşdırılıb - red.). Yeni dəmir yolu marşrutu ilə müxtəlif növ yüklərin - həm konteyner, həm də quru yüklərin daşınması planlaşdırılır. Marşrut boyu sərnişindaşımanın təşkili də nəzərdə keçirilir.
"Məlum olduğu kimi, hazırda Çindən Azərbaycana böyük yükdaşıma axını var. Buna uyğun olaraq biz də Çindən Azərbaycana yüklərin daşınması üçün çox yaxşı şərait təklif edə bilərik", - deyə Əzəmət Sakiyev yekunlaşdırıb.
Oxşar xəbərlər
ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir
Emil Məmmədov: Azərbaycan neft nəqli üzrə regionda əsas oyunçulardandır
Azərbaycan, Avstriya və Türkiyə Orta Dəhlizin inkişafı üçün əməkdaşlığı gücləndirir
ADY dəmir yollarının elektrikləşdirilməsini bitirir
Bakı–Sabunçu–Suraxanı dəmir yolunun açılışından 145 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
