ADY dəmir yollarının elektrikləşdirilməsini bitirir
Bu il sonunadək "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Azərbaycan ərazisində dəmir yollarının elektrikləşdirilməsi prosesini tam bitirməyi planlaşdırır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"da çıxış edərkən "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri Emil Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda ADY elektrikleşdirilmanin başa çatdırılması üzərində çalışır.
"Biz dəyişən cərəyanla işləyən lokomotivlərdən istifadə etməyə imkan verəcək yolun elektrikləşdirilməsini başa çatdırmaq üzərində fəal işləyirik. Bu gün biz onlardan qismən istifadə edirik, lakin elektrikləşdirmə və siqnalizasiya sisteminin quraşdırılması tam başa çatan kimi artıq balansımızda olan və istismara hazır olan lokomotivlərdən də tam istifadə edə biləcəyik", - Emil Məmmədov qeyd edib.
Oxşar xəbərlər
Emil Məmmədov: Azərbaycan neft nəqli üzrə regionda əsas oyunçulardandır
BTQ ilə neft məhsullarının nəqlinə hazırlıq işləri tamamlanır
ADY: BTQ ilə neft məhsullarının nəqlinə hazırlıq işləri tamamlanır
Bakı–Sabunçu–Suraxanı dəmir yolunun açılışından 145 il ötür
“Kaşaqan” yatağında neft hasilatı iki dəfədən çox artırıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













