Fərid Pərdəşünas: Azyaşlıların internetdən istifadəsi böyük təhlükə yaradır
sizinxeber.az xəbər saytı

Fərid Pərdəşünas: Azyaşlıların internetdən istifadəsi böyük təhlükə yaradır


Sosial mediada yayılan bəzi zərərli məzmunlarım tez bir zamanda həmin şəbəkələr tərəfindən silinməsini təmin etmək lazımdır.

"Report" xəbər verir ki, bunu Mətbuat Şuradının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə, azyaşlıların internetdən, xüsusən də sosial mediadan istifadəsi, əslində, böyük bir təhlükə yaradır:

"Çünki sosial mediada istifadə olunan məzmunlar bir növ filtrasiyadan keçmir və birbaşa uşaqların qarşısına çıxır. Azərbaycanda müzakirəyə çıxarılan qanun layihəsinin mahiyyəti azyaşlıların nəzarət mexanizmləri çərçivəsində internetdən istifadəsini məhdudlaşdırmaqdan ibarətdir. Texniki cəhətdən bu, necə olacaq? Təbii ki, qanun layihəsində bunlar detallı bir şəkildə əksini tapmalıdır".

Onun sözlərinə görə, bu gün sosial şəbəkələrin bu istiqamətdə dövlətlərlə necə əməkdaşlıq qurmaları barədə də müzakirələr aparılır:

"Bu, olduqca həssas məsələdir. Dövlətlər öz vətəndaşının məlumatını sosial şəbəkəyə vermək istəmir, eyni zamanda sosial şəbəkə şirkətlərindən tələb olunur ki, onlar bu məlumatları emal eləsinlər. Yəni, həmin istifadəçinin uşaq olduğu bəlli olsun. Burda müəyyən süni intellekt alqoritmləri sosial media platformaları tərəfindən irəli sürülür. Məsələn, onlar uşaq qeydiyyatdan keçən zaman kamera vasitəsilə uşağın üzünü analiz eləsinlər və qərar versinlər".

Fərid Pərdəşünas əlavə edib ki, internetdə, sosial mediada yayılan məzmunlarım tez bir zamanda həmin şəbəkələr tərəfindən silinməsini təmin etmək lazımdır:

"Çünki bəzi məzmunlar olur ki, azyaşlı uşağın görüntüləri yayılır və alqoritmik olaraq həmin görüntülər çox insanın qarşısına çıxarılır. Sosial şəbəkələr dili başa düşmür və onlar düşünürlər ki, video böyük marağa səbəb olur, həmin videoları daha çox insanın qarşısına çıxarır. Nəticədə, dövlət addım atana qədər artıq azyaşlının videosu internetdə geniş kütlələrə çatmış olur. Bu səbəbdən dövlət qurumları aidiyyəti orqanlarla birbaşa əlaqədə olmalıdırlar ki, həmin videolar tez silinsin".

Oxşar xəbərlər

Firudin Qurbanov: Məktəblərdə şagirdlərin internetdən istifadəsi filtrlənib
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Rəşad Həsənov: Sosial media platformalarında daim monitorinq mexanizmləri tətbiq edilməlidir
Albaniya Audiovizual Şurasının sədri: Uşaqları zərərli paylaşımlardan qorumaq üçün sosial mediaya nəzarət mexanizmləri olmalıdır
Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər