Monqolustan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb
Monqolustan Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki,
Mayın 6-da heyət Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarova tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişaf tarixi nəzərdən keçirilib və müşahidə edilən dinamikadan məmnunluq ifadə edilib. Həmçinin hüquq siyasətinin formalaşdırılması və qanunvericiliyin qəbulu və təkmilləşdirilməsi istiqamətlərində parlamentlə prokurorluq qurumlarının qarşılıqlı əməkdaşlığı təcrübəsi müzakirə edilib.
Bununla yanaşı, nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verib. Xüsusi qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyin şərh edilməsi ilə bağlı məhkəməyə sorğuların ünvanlanması aktivliyi ilə seçilir və indiyədək Baş Prokurorluğun sorğusu əsasında 64 Plenum qərarı qəbul edilib.
Səfər çərçivəsində qonaq nümayəndə heyəti Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olub. 44 günlük Vətən müharibəsinə həsr edilən memorial qalereyaya baş çəkən qonaqlara Şanlı Zəfərin tarixi ilə yanaşı, törədilən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, eləcə də onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.
Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarə edilməsi mərkəzi və Qaynar xətt əlaqə mərkəzi ilə yaxından tanış olub.
Nümayəndə heyəti, həmçinin, Milli Aviasiya Akademiyasında olub, burada qurulan müasir tədris infrastrukturu, elmi-tədqiqat imkanları, innovativ təhsil mühiti və beynəlxalq standartlara uyğun hazırlıq prosesi ilə tanış olub. Akademiyada keçirilən görüş zamanı qonaqlar və təhsil müəssisəsinin tələbələrinə "Beynəlxalq hüquqi əməkdaşlığın əhəmiyyəti" mövzusunda mühazirə təqdim olunub, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparılıb.
Qeyd olunanlardan əlavə, səfər proqramı çərçivəsində Şamaxı şəhərini ziyarət edən qonaqlar orada regional "ASAN xidmət" mərkəzində yaradılmış iş şəraiti, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli, rəqəmsal idarəetmə və operativ xidmət mexanizmləri ilə yerində tanış olublar.
Bununla yanaşı, nümayəndə səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Bakı şəhərində Milli Tarix Muzeyi, Şamaxı şəhərində isə Cümə məscidi, Rəsədxana və digər memarlıq abidələri tanış olublar.
Nümayəndə heyətinin səfəri başa çatıb.
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsində Monqolustanın Baş prokuroru ilə görüş olub
Azərbaycan və Monqolustan prokurorluqları arasında memorandum imzalanıb
Azərbaycan və Slovakiya arasında hüquqi əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycanla İƏT arasında beynəlxalq hüquqi əməkdaşlıq məsələləri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
