Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib
sizinxeber.az xəbər saytı

Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib


Ötən il zorakılığın bu və ya digər formasından zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, nikah yaşının bir ildən çox olmayaraq azaldılması haqqında istisna halı ötən il aradan qaldırılıb.

H.Hüseynova xatırladıb ki, qohum evliliklərini qadağan edilməsi haqqında qanun bu il iyulun 1-dən qüvvəyə minəcək:

“Bu məsələ Azərbaycan cəmiyyətinin genefondu ilə bağlı mühüm qərar idi”.

Oxşar xəbərlər

"Bu uşaqları kişilər doğurlar?" - Komitə sədri
Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına hüquqi yardım göstəriləcək
VK sədri: Məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər