Azərbaycan filmi Bişkekdə Qran-priyə layiq görülüb
11-14 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində XII Beynəlxalq “Umid” Kinoforumu keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, kino tədbirində ölkəmiz iki ekran əsəri ilə – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmləri ilə təmsil olunub.
“Sanki yoxsan” filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatı – Qran-priyə layiq görülüb.
Azərbaycan və Fransanın birgə istehsalı olan “Sanki yoxsan” filminin quruluşçu rejissoru Azər Quliyev, baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı Quram Navrozaşvilidir.
Eyni zamanda, Azərbaycan nümayəndə heyəti tərəfindən beynəlxalq kinoforumda ermənilərin ölkəmizə qarşı növbəti təxribatının
qarşısı alınıb. Qeyd edək ki, kinoforuma qatılan və ölkəmizə qarşı təxribata cəhd edən bədnam qonşularımızın niyyətləri boşa çıxarılıb.
Layihənin müsabiqə proqramına Ermənistandan təqdim olunan “David bağı” adlı sənədli film Azərbaycan nümayəndə heyəti tərəfindən təhlil edilib və onun xalqlar arasında münaqişənin kəskinləşməsinə səbəb ola biləcək zərərli mesajlar verdiyi müəyyənləşdirilib. Bununla bağlı beynəlxalq tədbirin təşkilat komitəsinə müraciət olunub. Bildirilib ki, filmdə Azərbaycan ərazilərinə aid toponimlər məqsədli şəkildə təhrif edilərək erməni yer adları kimi təqdim olunur. Müraciətdən sonra nifaq dolu film forumun proqramından çıxarılıb. Bu qərarla bağlı məlumat kinoforumun rəsmi saytında və bir sıra media orqanlarında dərc olunub.
Xatırladaq ki, Fransanın “LaLuna” şirkətinin istehsalı olan “Sanki yoxsan” filmi ötən ilin may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının qısametrajlı filmlər müsabiqəsində nümayiş etdirilmişdi.
Oxşar xəbərlər
Azərbaycan filmi Buddist Beynəlxalq Kinofestivalında Qran-Priyə layiq görülüb
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda Qran-Pri qazanıb
Rejissor Fuad Quliyevin filmi “Qızıl Delfin” mükafatına layiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
DÇ-2026: Portuqaliya Özbəkistan qarşısında fərqi artırıb - YENİLƏNİR-2
