Rejissor Fuad Quliyevin filmi “Qızıl Delfin” mükafatına layiq görülüb
Rejissor Fuad Quliyevin “AZAL təhlükəsizlik videosu” adlı turizm filmi Kann Korporativ Media və TV Mükafatlarının (Cannes Corporate Media and TV Awards) final mərhələsində əsas mükafatlardan birini qazanıb.
"Sizinxeber.az" xəbər verir ki, film “Turizm filmləri - İstiqamətlər - Xidmətlər” kateqoriyasının əsas mükafatına - “Qızıl Delfin”ə (Golden Dolphin Award) layiq görülüb.
Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən audiovizual əsərlər göndərilib.
“Azərbaycan Hava Yolları”nın sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik videosu” şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik uçuş təlimatları Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda göstərilir.
Qeyd edək ki, film il ərzində bir çox beynəlxalq mükafatlara layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalının əsas proqramında yarışacaq
“Kaspi”nin əməkdaşı beynəlxalq festivalın münsiflər heyətinin üzvü seçilib
Gəncə teatrı Portuqaliyada beynəlxalq mükafata layiq görülüb
"Oppenheimer" və "Barbie" filminin musiqiləri Qremmi mükafatına layiq görülüb
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu













