Əlisa Cabbarov: Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir
Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarov “Cinema Talks” çərçivəsində keçirilən panel müzakirədə bildirib.
Onun sözlərinə görə, dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir:
“Ayrılan pullar hesabda yığılıb qalıb. Bunun səbəbi nədir? Kino ictimaiyyəti bunu anlamır”.
Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu isə iddiaya cavab olaraq bildirib ki, statistikaya əsaslanmaq lazımdır.
“Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə, bunları da demək lazımdır”.
Xalq artisti Xalidə Quliyeva da sözügedən müzakirəyə münasibət bildirib. Aktrisa bildirib ki, bu gün kino sənayesindən danışılırsa, bu, çox gülməlidir:
“Çünki kino sənətdir. Bu gün hansısa erməni fiımi "Oscar" mükafatına təqdim olunacaq səviyyəyə qədər gedib çıxırsa, demək, orada adamı var. Bizim adamımız niyə yoxdur? Niyə o cür böyük təşkilatlarda biz də təmsil olunmuruq?”
Panel mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Oxşar xəbərlər
AKİ katibi: Dövlətin kino istehsalı üçün ayırdığı vəsait lazımi formada xərclənmir
Kino Agentliyi ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
ITU Azərbaycanı "Partner to Connect" qlobal təşəbbüsünə qoşulmağa dəvət edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb

