AKİ katibi: Dövlətin kino istehsalı üçün ayırdığı vəsait lazımi formada xərclənmir
“Azərbaycanda kino istehsalı artırılmalıdır, başqa yol yoxdur”.
Sizinxeber.az xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Cinema Talks” ("Kino müzakirələri”) adlı paneldə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi kinorejissor Əlisa Cabbarov deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir: “Ayrılan pullar hesabda yığılıb qalıb. Bunun səbəbi nədir? Kino ictimaiyyəti bunu anlamır”.
Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu isə iddiaya cavab olaraq bildirib ki, statistikaya əsaslanmaq lazımdır: “Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır”.
Oxşar xəbərlər
Ötən il Azərbaycanda 3 xarici film çəkilib
"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışı olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
