Kino Agentliyi ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
Berlində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb.
Sizinxeber.az xəbər verir ki, memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində daha intensiv əməkdaşlıq və film mədəniyyətinin, auditoriya inkişafının və iki ölkənin birgə film istehsalının təşviq edilməsidir.
Sənədi ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu və Moldova Milli Kino Mərkəzinin icraçı direktoru Valentina İusuphodjaev imzalayıblar. Memorandumda bu sənədin müddəalarından irəli gələn əməkdaşlıq fəaliyyətinin icrasını təmin etmək məqsədilə tərəflər arasında müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək məqsədilə ARKA-nın 75-ci Berlinaledə xüsusi pavilyonu qurulub.
Oxşar xəbərlər
Milli Olimpiya Komitəsində əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
