ITU Azərbaycanı "Partner to Connect" qlobal təşəbbüsünə qoşulmağa dəvət edir
sizinxeber.az xəbər saytı

ITU Azərbaycanı "Partner to Connect" qlobal təşəbbüsünə qoşulmağa dəvət edir


Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycanı rəqəmsal infrastrukturun inkişafına və rabitəyə universal çıxışın təmin edilməsinə yönəlmiş "Partner to Connect" rəqəmsal koalisiyasına qoşulmağa dəvət edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu ITU-nun MDB üzrə regional direktoru Nataliya Moçu "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində bildirib.

"Bu gün təşəbbüsümüzün iştirakçıları tərəfindən götürülən öhdəliklər 73 milyard ABŞ dolları təşkil edir. Bu vəsait etibarlı rəqəmsal infrastrukturun inkişafına, xüsusilə inkişaf etməkdə olan ölkələrə yönəldilib. Bu ölkələrdə tam qoşulma üçün əlavə 1,7 trilyon ABŞ dolları tələb olunur. Biz Azərbaycanı artıq ITU-nun 147 üzv ölkəsinin nümayəndələrini birləşdirən bu platformaya qoşulmağa dəvət edirik", - o qeyd edib.

Qeyd edək ki, ITU BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyidir və bütün dünyada rəqəmsal bərabərsizliyin aradan qaldırılması istiqamətində fəal iş aparır.

Oxşar xəbərlər

ITU: "Onlayn Azərbaycan" layihəsi rəqəmsallaşmanın dünya standartlarına uyğundur
Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının tarixi açıqlanıb
Natalya Moçu: “Azərbaycan İKT-də məlumat toplanmasını xeyli təkmilləşdirib”
Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət edib
Muxtar Babayev: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər